Təsir mexanizmi

Inovasol 600 preparatının əsas komponenti 600 mq dozada D chiro-inositoldur. D-chiro-inositol inositolun 9 stereoizomerindən biridir və digər stereoizomerlərdən, o cümlədən Myo-inositoldan fərqli olaraq, həm qadınlarda, həm də kişilərdə optimal estrogen və androgen balansını təmin etmək üçün aromataza fermentinin aktivliyini tənzimləyir.
Beynəlxalq tədqiqatlar, 600 mq dozada D-chiro-inositolun orqanizmdə estrogenlərin optimal balansını təmin etdiyini sübut etmişdir.

Aromataza androgenlərdən estrogenlərin biosintezini təmin edən əsas fermentdir. Qadın orqanizmində aromataza yumurtalıqlarda, endometriumda, süd vəzilərində, qalxanabənzər vəzlərində, piy toxumasında və dəri epitelində mövcuddur. Kişi orqanizmində aromataza prostat vəzində, əzələdə, yağ toxumasında, sümük toxumasında və damar divarı toxumasında olur. Inovasol 600, aromataza fermentinin fəaliyyətini modulyasiya etməklə, həm qadın, həm də kişi orqanizmində toxumalarda estrogen səviyyəsinin normallaşmasını təmin edir.

inOVAsol 600® Həm kişilərdə həm qadınlarda hormonal və reproduktiv patologiyalarin müalicəsi üçün innovasion preparatdır.
inOVAsol 600® aromataza fermentinin fəaliyyətini normallaşdırır, bununla da
steroidogenezə təsir göstərir və estrogen balansını həmçinin ümumi hormonal balansı təmin edir.
inOVAsol 600® yüksəlmiş estrogen səviyyəsini normallaşdırmaqla, hiperestrogen vəziyyətlərdə xəstəliyin proqressivləşməsinin qarşısını alır, simptomları aradan götürür, pasientlərin həyat keyfiyyətini yaxşılaşdırır və residiv riskini azaldır.
inOVAsol 600® yüksək təhlükəsizlik profilinə malikdir: müalicə asan və yan
təsir tezliyinin aşağı olması ilə fərqlənir, bu, pasientlərin müalicəyə komplaentliyini artirir.