İstifadə qaydası:
Endometriumun hiperplaziyası zamanı: Gündə 1 dəfə 1 həb, ən azı 6 ay ərzində. Müalicə əsnasında dinamikanı təqib edərək, müntəzəm dəstək qəbuluna keçmək tövsiyə edilir. Hər il 4 aylıq kurslarla ildə 2 dəfə kurs şəklində də qəbul etmək olar.

Endometrioz zamanı: Endometriozu olan bütün qadınlara gündə 1 dəfə 1 həb. İndividual olaraq bəzən, müalicənin əvvəlində 3 ay müddətində gündə 2 dəfə 1 həb, sonra isə dəstək dozasına keçərək gündə 1dəfə 1 həb qəbul etməyə davam edilə bilər. Nəticələrin qiymətləndirilməsi üçün minimum kurs 6 aydır. 6 aydan sonra müsbət dinamikanın saxlanılması üçün gündə 1 həb müntəzəm dəstək qəbulunu davam etdirmək və ya ildə 2 dəfə 3-4 aylıq dəstək kursları keçirmək tövsiyə edilir.

Hamiləlik planlaşdırılması zamanı: Inovasol 600 gündə 1 həb qəbul edilməli və hamiləlik uğurla baş tutana qədər davam edilməlidir.

İVF (ekstrakorporal yəni süni mayalanma) ilə hamiləlik planlaşdırıldıqda: Inovasol 600 qəbuluna ən azı 6 ay əvvəl başlanılmalıdır. İlk 3 ay ərzində gündə 1-2 dəfə 1 həb qəbul edilə bilər, sonra isə gündə 1 dəfə 1 həb dozasında davam edilməlidir.

Mioma və endometrial poliplər zamanı: Konservativ gözləmə taktikasında: Gündə 1-2 dəfə 1 həb, 3 ay müddətində qəbul edilməli, sonra isə müntəzəm dəstək qəbuluna keçilməli və gündə 1 dəfə 1 həb qəbul edilməlidir və bütün konservativ izləmə müddətində preparatın qəbulu davam edilməlidir.
Poliplərin və ya miomatoz düyünlərin çıxarılmasından sonra: Hər il 2 dəfə, 4 ay müddətində kurslarla gündə 1 dəfə 1 həb qəbul edilməlidir, bu kurslar həm reproduktiv yaşda, həm də menopauza dövründə ildə bir dəfə təkrarlanmalıdır.

Hamiləlik planlaşdırılması zamanı:
Endometrioz, endometriyal hiperpoyplaziya, miomalar və poliplər fonunda, cərrahi müalicə üçün göstərişi olmayan təbii hamiləlik planlaşdırıldıqda, Inovasol 600 gündə 1 dəfə 1 tablet qəbul edilməli və hamiləlik uğurla baş tutana qədər davam etdirilməlidir.

Endometrioz, endometriyal hiperplaziya, miomalar və poliplər fonunda cərrahi müalicə üçün göstərişi olmayan hallarda, İVF protokolları ilə hamiləlik planlaşdırıldıqda, Inovasol 600 qəbuluna ən azı 6 ay əvvəl başlanmalıdır. İlk 3 ay ərzində gündə 1-2 dəfə 1 tablet qəbul edilməli, sonra isə gündə 1 dəfə 1 tablet qəbul etməyə davam edilməlidir.

Kişilər üçün:
Estrogen və testosteron balansını dəstəkləmək üçün gündə 1-2 dəfə 1 həb müntəzəm olaraq və ya ildə 2 dəfə, 4 ay müddətində kurslarla gündə 1-2 dəfə 1 həb qəbul edilməlidir.

Comments are closed.