Hiperestrogeniya hormonal balansin estrogenlərin nisbi və ya mutləq artmasına doğru dəyişməsidir.

Hiperestrogeniya estrogenlərin testosterondan sintezinin artması və nəticədə qanda və toxumalarda səviyyəsinin normadan çox olmasıdır. Hiperestrogeniya endometriumun hiperplaziyası, poliplər, mioma, endometriozun və süd vəzilərində fibroz – kistoz mastopatiyaların inkişafı riskini artırır.


Aromataza fermenti estrogenlərin biosintezini tənzimləyən əsas fermentdir. Qadın orqanizmində aromataza fermenti yüksək miqdarlarda yumurtalıqlarda, endometriumda, süd vəzilərində, qalxanabənzər vəzlərində, piy toxumasında və dəri epitelində mövcuddur. Endometrium, qalxanabənzər vəz, süd vəzilərində və yağ toxumasında lokal olaraq aromataza fermentinin aktivliyinin artması estrogenlərin həddindən artıq sintezi ilə nəticələnir ki, bu da endometrioz, mioma, polip, mastopatiya və s. kimi hiperestrogenik vəziyyətlərin inkişafına səbəb olmaqla yanaşı tiroid vəz kistləri inkişaf riskini artırır, fertilliyin azalmasına səbəb olur.

Comments are closed.