Endometriumun hiperplaziyası

Endometriumun hiperplaziyası endometriumun normal strukturunun pozulması, vəzi komponentlərinin stromaya nisbətdə çoxalmasıdır. Endometriumun hiperplaziyasının yaranma və inkişafının əsas səbəbi mütləq və ya nisbi hiperestrogeniyadır.

Patologiyanın rastgəlmə tezliyi 10-30% təşkil edir. O, hər yaşda rast gəlinə bilər, lakin daha çox 35-55 yaşlı qadınlarda müşahidə olunur. Endometriumun hiperplaziyasının ən geniş rast gəlinən əlaməti anomal uşaqlıq qanaxmalarıdır. Menstruasiyalar uzunmüddətli və çoxqanlı olur. Bəzən qadında bütün ay ərzində qanaxma dayanmar, yalnız intensivliyi dəyişir. Menstruasiyalararası dövrdə, yəni tsiklin ortasında yaxmaşəkilli ifrazat olur. Menstrual tsikllər 21 gündən qısa olur.

Menopauzadan sonra baş verən bütün qanaxmalar qadını şübhələndirməlidir. Menopauza dövründə miqdarı və davametmə müddətindən asılı olmayaraq, bütün qanaxmalar şübhəli olmalıdır. Artıq belə ifrazat menstruasiya kimi qiymətləndirilə bilməz və hiperplaziyanın və ya xərçəngin əlaməti ola bilər. Uşaqlıq hiperplaziyasının digər az əhəmiyyətli və qeyri-xarakter əlamətlərinə qarnın aşağı nahiyələrində ağrı və cinsi əlaqədən, ağırlıq qaldırdıqdan, uzun müddətli gəzintidən sonra baş verən qanaxmalar daxildir.

Hiperplaziya zamanı endometriumun dəstəklənməsi üçün İNOVASOL 600 qəbulunun minimum kursu 6 ay, gündə 1 tablet olmalıdır. İlk 6 aylıq istifadədən sonra ildə 2 dəfə 4 ay ərzində İNOVASOL 600 qəbulunun müntəzəm kursuna keçilə bilər.

Back to top of page
Select the fields to be shown. Others will be hidden. Drag and drop to rearrange the order.
  • Image
  • SKU
  • Rating
  • Price
  • Stock
  • Availability
  • Add to cart
  • Description
  • Content
  • Weight
  • Dimensions
  • Additional information
Click outside to hide the comparison bar
Compare